ABŞ-ın və antiterror koalisiya ölkələrinin hərbi-hava qüvvələri ötən gün “İŞİD” terror qruplaçmasının Suriya və İraqdakı mövqelərinə növbəti zərbələr endirib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Suriya ərazisindəki Kobani şəhəri yaxınlığına endirilən 6 zərbəni bu dəfə yalnız ABŞ təyyarələri endirib. Əməliyyat nəticəsində terrorçuların texnikası və canlı qüvvəsi məhv edilib.
İraqda isə ABŞ və onun müttəfiqlərinin hədəfi “İŞİD”-in Mosul bəndi yaxınlığındakı nəqliyyat vasitələri və minaatan heyəti olub. Daha 3 zərbə “İŞİD”-in Bayci şəhərində neftayırma zavodunun yaxınlığındakı mövqelərinə endirilib. Əl Faluca və Zumar yaxınlığında “İŞİD”-in nəqliyyat vasitələri və nəzarətində olan binalar məhv edilib.