İraqın Neyinəva əyalətində “İraq Şam İslam Dövləti”-nin yaraqlıları Gürcüstanın 16 vətəndaşını oğurlayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, BMT-nin insan haqları üzrə komissarının sözçüsü Rupert Kolvill bu haqda açıqlama verib.
O, Cenevrədə jurnalistlərə deyib ki, Gürcüstanın 13 vətəndaşı Mosulda telekommunikasiya şirkətində işləyirmiş.
Ancaq Gürcüstanın İraqdakı konsulu Berdia Bekauri Rusiyanın “İnterfaks” agentliyinin məsələ ilə bağlı sualına cavabında bu məlumatı təsdiqləməyib: “25 vətəndaşımız Mosulda beynəlxalq hava limanında gözətçi işləyirdi.Onlar da terrorçuların basqını ilə əlaqədar münaiqşə bölgəsini tərk edib”
Gürcüstan Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin direktoru Zurab Tabatadze də vətəndaşlarının oğurlanması haqda xəbərin doğru olmadığını söyləyib.
Kolvill onu da qeyd edib ki, “İraq Şam İslam Dövləti”-nin yaraqlılar bu həftə yüzlərlə adamı qətlə yetiriblər.