”ABŞ İranın nüvə silahı olmasına heç vaxt yol verməyəcək”. Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, ABŞ prezidenti Barak Obama İsraildə çıxan “Haarets” qəzetinə müsahibəsində bunu deyib.
“Vaşinqton İranın nüvə silahının olmasına heç vaxt imkan verməyəcək. Bunun üçün masa üstünə bütün variantlar qoyulub” -deyə, o, bildirib.
Vyanada keçirilən danışıqlara münasibət bildirən Ağ Evin indiki yiyəsi deyib ki, indi bu danışıqların nəticəsini söyləmək çətindir: “Biz hələ danışıqların uğurla bitəcəyini deyə bilmərik”.