“HƏMAS” Təl-Əvivi vura bilməyib
13 iyul 2014 01:09 (UTC +04:00)

“HƏMAS” Təl-Əvivi vura bilməyib

0

İsrailin Hərbi Hava Qüvvələri Təl-Əvivi vurmaq üçün nəzərdə tutulan Beyt-Laxiyadakı raket qurğusunu sıradan çıxarıb.

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, iyulun 12-də Qəzza zolağındakı fələstinli yaraqlılar İsrailin mərkəzinə raket zərbələri endirməyə cəhd göstərib.

Məlumata əsasən, bui lk cəhd deyil. “HƏMAS” belə bir həmlə ediləcəyini bir müddət öncə elan etmişdi.

Onun hərbi qanadı olan “İzəddin əl-Qəsam Briqadası” “tvitter” səhifəsində bildirmişdi ki, iyulun 12-də gecə saatlarında “Təl –Əvivi dağıdacaqlar”.

Bundan sonra İsrail ordusu, TSAXAL Qəzza zolağını davamlı raket atəşinə tutub. Fələstindəki mənbələr də bunu təsdiqləyib.

Nəticədə yaraqlılar istəklərinə nail ola bilməyib. Onların raketlərin hamısı İsrailin Hva Hücumunda Müdafiə sistemi tərəfindən vurulub. “İzəddin əl-Qəsam Briqadası”nın atdığı raketlər açıq yerə düşüb və heç bir fəsad törətməyib.

Mənbə xatırladıb ki, “briqada” Təl-Əviv istiqamənində 6 “Cabari-80” (2012-ci ilin payızında TSAXAL tərəfindən öldürülmüş “briqada”nın lideri Əhməd Cabarinin şərəfinə adlanır) raketi buraxıb.

“HƏMAS” yaraqlılar isə bildirib ki, “Təl –Əvividə çaxnaşma yaratmaqla” uğur əldə ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1363

Oxşar yazılar