“G7”-liyin sammitinin əsas mövzusu: Ukrayna və Rusiya
04 iyun 2014 04:26 (UTC +04:00)

“G7”-liyin sammitinin əsas mövzusu: Ukrayna və Rusiya

0

İyunun 4-5-də Brüsseldə “Böyük-7”-liyin (“G-7”) zirvə toplantısı keçiriləcək.

 

Lent.az-ın “İnterfaks-Ukraina”-ya istinadən məlumatına görə, sammitin əsas mövzusu Ukraynadakı vəziyyət və Avropa Birliyi ilə Rusiya münasibətləridir.

 

«Sammitdə liderlər xarici siyasət, özəlliklə Ukraynadakı vəziyyət, Rusiya ilə münasibət, eləcə də iqtisadiyyat, ticarət, energetika və iqlim dəyişikliyi məsələlərini müzakirə ediləcək» -deyə, mənbə bildirib.

 

Avropa Birliyi şurasının sədri Herman Van Rompey deyib ki, sammit Ukraynadakı  son hadisələri dəyərləndirəcək: “Ukrayna ətrafında və dövrümüzdə bu sayaq başqa belə çağırışlara müqavimət göstərmək üçün işlər davam etdiriləcək. Ukrayna gündəliyin əsas məsələsi olacaq”.

 

 

Bir müddət öncə “G7”-nin toplantısında Rusiyaya qarşı sanksiyaların gücləndiriləcəyi haqda qərar qəbul olunacağına dair xəbərlər yayılmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 911

Oxşar yazılar