“Rusiya ordusu inadlı şəkildə Ukraynaya yaz hücumuna hazırlaşır. Bunu müxtəlif mənbələr, o cümlədən NATO-nun keçmiş baş komandanı da bildirib”. Musavat.com-un məlumatına görə, bu barədə Melik Keylan Forbes.com saytındakı məqaləsində yazıb.
Müəllif yazır: “Mənim mənbələrimə görə, iki həftə öncə baş çəkdiyim Ukraynada Rusiya hərbi qüvvələri bütün şərq sərhədi boyu geniş şəkildə yerləşdirilib, üç eşelon şəklində qruplaşıb ki, bütün cəbhə boyu Ukrayna qüvvələrini səpələsinlər və darmadağın eləsinlər”.
Analitikin qənaətincə, dünya birliyinin başı İranın nüvə ambisiyalarını önləməyə qarışdığı halda, faktiki surətdə Qərbi məhv edəcək bir ölkə hazırda açıq şəkildə nüvə silahını tətbiq eləməklə hədələyir, sərbəst şəkildə Avropaya müdaxilə edir və ərazi işğal edir – və bunu bir daha, bir daha edir.
“Pekindəki olimpiya oyunları və Gürcüstan, Soçi Olimpiadası və Krım, futbol üzrə Dünya Çempionatı və Donbass vəı s. Bu vaxta kimi biz nəticə çıxarmalı və anlamalı idik ki, Putinin bütün hərbi kampaniyaları diqqəti yayındıran bu cür hadisələrə xeyli qalmış hazırlanıb ki, onlar zaman etibarilə üst-üstə düşsün” – qeyd edir müəllif.