“Facebook”un vitse-prezidenti həbs olundu
02 mart 2016 01:47 (UTC +04:00)

“Facebook”un vitse-prezidenti həbs olundu

Braziliya polisi San-Pauloda “Facebook” şirkətinin Latın Amerikası üzrə vitse-prezidenti Dieqo Dsodananı həbs edib.

 

Lent.az-ın "anspress"-ə istinadən məlumatına görə, buna səbəb şirkətin narkotik alverçilərinin xəbərləri haqqında məlumatları təqdim etməkdən imtina etməsi olub.

 

Federal polisin mətbuat xidməti məhkəmənin təlimatı olmasına baxmayaraq, “Facebook” şirkətinin hüquq-mühafizə orqanlarına “WhatsApp” messencerində olan narkotik alverçilərinə aid informasiyanı təqdim etməkdən imtina etdiyini bildirib. Daha əvvəl ölkədə eyni səbəbə görə “WhatsApp” sistemi bloklanıb.

 

Qeyd edək ki, ABŞ-da oxşar iş üzrə məhkəmə IT-nəhəngi Apple şirkətinin tərəfini tutub. Nyu-Yorkda keçirilən məhkəmə zamanı hakim narkotik alverçisi olan şəxsin “iPhone” mobil telefonunun qırmasında FTB-a kömək etməyə öhdəsinə qoymağa çalışmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241
avatar

Oxşar yazılar