Üsyançı husiləri dəstəkləyən Yəmən ordusunun birləşmələri paytaxt Sanadan 120 km şərqdə yerləşən Marib şəhərini mühasirəyə alıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Əl Mayadin telekanalı məlumat yayıb.
Üsyançı hərəkatın nümayəndəsi Əhməd əl Cuneyd telekanala verdiyi açıqlamada ölkənin şimal-şərq bölgəsinin böyük hissəsinin “Əl Qaidə” terrorçularını təqib edən ordu qüvvələrinin və husilərin nəzarətinə keçdiyini bildirib.
Onun sözlərinə görə, Marib şəhəri yaxın saatlarda azad ediləcək.