“Əl-Qaidə” Dəməşqi ələ keçirməyə hazırdır
28 may 2015 03:35 (UTC +04:00)

“Əl-Qaidə” Dəməşqi ələ keçirməyə hazırdır

0

“Əl Qaidə”nin Suriyadakı qolu sayılan “ən-Nusra Cəbhəsi”  paytaxt Dəməşqi ələ keçirməyə hazır olduğunu bildirib.

 

APA-nın “France 24” telekanalına istinadən verdiyi məlumata görə, bunu qruplaşmanın lideri Əbu Məhəmməd əl-Qolani bəyan edib.

 

“Dəməşq hədəfimizdə qalmaqdadır. Biz Bəşər Əsəd rejimini məhv etmək əzmindəyik”, deyə əl-Qolani bildirib.

 

O, həmçinin Suriya prezidenti Bəşər Əsədin tərəfdarlarını özlərinin təhlükəsizliyi barədə düşünməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 205

Oxşar yazılar