Qvineyada “Ebola” xəstəliyi üzrə tədqiqat qrupuna hücum nəticəsində üçü jurnalist olmaqla, 8 nəfər ölüb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə hökumətin mətbuat-katibi bildirib.
Məlumata görə, tədqiqat qrupu ölkənin ucqar rayonlarında yerli əhaliyə “Ebola” xəstəliyinə yoluxmanın təhlükəsini izah edirmiş. “8 nəfərin meyiti kəndin ayaqyolunda aşkarlanıb. Onlardan 3-nün başı kəsilmiş olub”, deyə məlumatda bildirilir.