Britaniya Krallığı Arxitektorlar İnstitutunun prezidenti Stiven Hodder Şotlandiyanın Qlazqo İncəsənət məktəbində baş verən yanğını “ümumdünya faciəsi” adlandırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, mayın 23-də İncəsənət Məktəbi tamamilə yanıb. Mənbə bildirib ki, yanğınsöndürənlər binanı xilas edə bilməyib.
Bu müəssisə tanınmış şotland arxitektoru, modernist-rəssam Çarlz Renni Makintoşun layihəsi əsasında yaradılıb.
4 il öncə məktəb ötən 175 il ərzində Britaniyanın ən yaxşı incəsənət məktəbi adını qazanıb.
Bu məktəbdə Britaniyanın çağdaş dövrünün tanınmış rəssamları təhsil alıb.