Ukraynanın şərqində vurulmuş Malayziya Hava Yollarına məxsus “Boieng-777” təyyarəsinin “qara qutu”su malayziyalı mütəxəssislərə təhvil veriləcək.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, ölkənin baş naziri Nəcib Rəzak bu haqda açıqlama verib.
Baş nazir qeyd edib ki, əldə edilən razılaşmaya əsasən, irimiqyaslı araşdırmaya başlamaq üçün beynəlxalq müstəqil ekspertlər faciə yerinə buraxılacaq.