“Barzani İraqın prezidenti olsun”
17 aprel 2014 07:14 (UTC +04:00)

“Barzani İraqın prezidenti olsun”

“İraqın şimalındakı bölgənin başçısı Məsud Barzaninin prezident olmasının istəyirik”.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən məlumatına görə, bu açıqlamanı

İraqın keçmiş baş naziri İyad Ələvi kürd lideri ilə görüşdən sonra verib.

 

İraqın müxalifət olan  Vətəniyyə Blokunun lideri İ.Ələvi deyib ki, Barzanidən ölkənin gələcəyində daha fəal olmasını istəyir.

 

Ələvi bildirib ki, indiki hökumət başçısı Malik əl-Nurinin üçüncü dəfə baş nazir olmasına qarşıdırlar.

 

“Cəlal Talabani (hazırda Almaniyada müalicə olunan prezident - red.) uzun müddətdir müalicə olunur. İraqda ciddi bir böhran yaşanır. Məsud Barzaninin İraqın prezidenti olmasını istəyirik” -deyə, İraq Vətəniyyə Blokunun sədri söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587
avatar

Oxşar yazılar