“Ukraynalıların özlərini müdafiə etməsi üçün ABŞ bu ölkəyə yüngül silah yardımı edə bilər”. Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bunu ABŞ senatoru Merilend Robert Portman deyib.
“Amerikalı hərbçilər Ukrayna ərazisində döyüşməyəcək. Ancaq sülhün təmin olunması üçün ABŞ ukraynalı hərbçilərə yardım edə bilər” –deyə, o, söyləyib.
Portmanın sözlərinə görə, NATO Ukraynada fəal işləməlidir. O, bildirib ki, mayın 24-də Ukraynanın baş naziri Arsenii Yatsenyuk və ölkənin müvəqqəti xarici işlər naziri Andrey Deşitsa ilə bu məsələləri müzakirə ediblər.
Mənbənin məlumatına əsasən, baş nazir ABŞ senatorları və Konqres üzvləri ilə görüşüb.
Görüşdə ABŞ Konqersinin Avropa Təhlükəsizlik və əməkdaşlıq üzrə komissiyasının sədri, senator Benjamiin L. Kardin, senator Rob Portman, Nümayəndələr Palatasının üzvləri - Maykl Berces, Stiv Kohen, Stiv Stokmen də iştirak edib.
Tərəflərin görüşündə mayın 25-də Ukraynada keçiriləcək növbədənkənar prezident seçkisi, Ukrayna - ABŞ münasibətləri, energetika sahəsində əməkdaşlıq, eləcə də bölgədə Rusiyanın təcavüzünə qarşı müqavimət və təhlükəsizlik məsələləri müzakirə olunub. Müzakirələr zamanı Krımla bağlı məsələnin vurğulandığı da bildirilib.