Rusiyanın «Aeroflot» hava şirkəti Krıma irimiqyaslı uçuş proqramının başlandığını elan edib.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, bu kampaniyada Rusiyanın çeşidli şəhərlərindən yarımadaya reyslərin sayının artırılması və uçuş biletlərinin ucuzlaşdırılması nəzərdə tutulub.
Şirkət təmsilçisinin sözlərinə əsasən, biletlərin ucuzlaşması nəticəsində Krıma gedəcək rusiyalı turistlərin sayı da çoxalacaq.
Mənbə bildirib ki, bu həm də Rusiyanın başqa şəhərlərinə səfər etməsi üçün yarımada əhalisinə də sərfəli olacaq.
Bundan sonra Moskvadan Simferopola və geri biletin qiyməti 7,5 min rubl olacaq. Hazırda bu rəqəm 13 min rubldur.