ABŞ prezidenti Barak Obama Krım hadisələri ilə əlaqədar ABŞ-ın və Avropa Birliyinin Rusiyanı təcrid etmək niyyəti birləşdirdiyini bəyan edib.
APA-nın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, Barak Obama Brüsseldə çıxışı zamanı Avropanın dövlət başçılarına Rusiya və Ukraynanın bir sıra məmurlarına qarşı sanksiyalar tətbiq etdiklərinə görə minnətdarlığını bildirib.
ABŞ prezidenti qeyd edib ki, Ukrayna məsələsində Rusiya tənha və təcrid vəziyyətdə qalıb. “Əgər Rusiya öz xarici siyasət kursunu dəyişməsə, sanksiyalar gücləndiriləcək və bu Rusiyanın iqtisadiyyatına mənfi təsir göstərəcək”, - deyə Obama bildirib.