“ABŞ Ukraynaya silah göndərə bilər”
26 aprel 2014 02:35 (UTC +04:00)

“ABŞ Ukraynaya silah göndərə bilər”

“Vəziyyət tələb edərsə, ABŞ Ukraynaya silah –sursat tədarük etməyə başlaya bilər”.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bu bəyanatla ABŞ Konqresinin silahlı qüvvələr üzrə komitəsinin sədri Karl Levin çıxış edib.

 

“Hərbi avadanlıq, yanacaq, zirehli gödəkçə göndərmək lazımdır. Ehtiyac olarsa silah və sursat da tədarük etmək olar. Bu sayaq dəstəkləmək mümkündür”-deyə, Levin vurğulayıb.

 

Ukrayna baş nazirinin birinci müavini Vitali Yaremlə görüşdə senator bildirib ki, ABŞ “Ukrayna ərazisində münaqişədən yayınmaq üçün Rusiyaya təsir vasitələri” axtarır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583
avatar

Oxşar yazılar