“İslam dövləti”nin tərəfində 13 min əcnəbi vuruşur
25 sentyabr 2014 02:45 (UTC +04:00)

“İslam dövləti”nin tərəfində 13 min əcnəbi vuruşur

 “İslam dövləti” və "Cebhat ən-nüsra" qruplaşmaları tərəfində 13 min əcnəbi vuruşur.

 

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasındakı çıxışında bəyan edib.

 

“Əl-Qaidə” və “Taliban” üzrə müşahidə qrupunun rəyinə əsasən, “İslam dövləti” və "Cebhat ən-nüsra" qruplaşmalarına 80 ölkədən olan 13 min yaraqlı qoşulub”, deyə Pan Gi Mun bildirib.

 

Qeyd edək ki, "Cebhat ən-nüsra" radikal islamçı qruplaşması 2012-ci ilin yanvarında Suriyada vətəndaş müharibəsi zamanı yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980
avatar

Oxşar yazılar