Hazırda Ukrayna ərazisində 16 minə yaxın rus hərbçisi var.
APA-nın “Segodnya.ua” saytına istinadən verdiyi məlumata görə, bunu Ukrayna müdafiə nazirinin səlahiyyətlərin icra edən İqor Tenyux bəyan edib.
“Rusiyadan Ukrayna ərazisinə, təqribən, 5,5 min nəfərlik xüsusi təyinatlı qoşun hissələri yeridilib. Bununla Rusiya hərbçilərinin sayını 16 minə çatdırıb” - deyə, Tenyux “İnter” telekanalına bildirib.
Onun sözlərinə görə, bu, Krım donanması ilə bağlı iki ölkə arasında qüvvədə olan sazişi kobud surətdə pozur.