Britaniyanın xarici işlər naziri Filipp Hemmond Ukraynanın şərqində vurulmuş “Boeing-777” ilə bağlı məsələnin araşdırılmasına Rusiyanın dəstək vermədiyini bildirib.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Frans press” xəbər yayıb.
“Biz ruslar tərəfdən yetərincə, dəstək almırıq. Rusiyanın təsiri altında olan separatçılar qəzanın baş verdiyi əraziyə buraxılışa əngəl yaradır və Moskva onlara səmərəli təzyiq göstərmir” -deyə, ingilis diplomat vurğulayıb.
Onun sözlərinə görə, Rusiya yardım etsə idi, beynəlxalq ictimaiyyət görərdi.