Türkiyədə yaşayan azərbaycanlı iş adamı Rza Zərrab ölə bilər. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, adı mənimsəmə və dələduzluq əməllərində hallandırılan iş adamı məlum cinayət işi ilə bağlı məhkəmədə ifadə verməkdən imtina edib. Buna səbəb kimi isə o, əməliyyat olunacağını deyib. R.Zərrab iddia edib ki, hətta ölə bilər və bu əməliyyat onun üçün çox vacibdir.
Qeyd edək ki, R. Zərrab məlum olaylarla bağlı həbs olunub və bir müddət sonra azadlığa buraxılıb.
Onu da qeyd edək ki, əslən azərbaycanlı iş adamı Türkiyənin tanınmış müğənnisi Ebru Gündəşin həyat yoldaşıdır.