Bir neçə ay əvvəl Rusiyanın Tümen şəhərindəki “Baku” kafesində baş vermiş dava ilə bağlı yeni məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, davanı əks etsdirən kadrlar Rusiya mediasınd ayayılıb.
Xatırladaq ki, həmin hadisə zamanı yaralanan iki nəfərdən biri (Mixail) xəstəxanada ölüb, digər şəxs Georgi isə Mixalilin qohumları tərəfindən vəhşicəsinə döyülüb. Xəstəxananın nəzarət kamerasının çəkdiyi və rus mediasında yayılan video görüntülər də məhz xəstəxanada baş verənləri əks etdirir.
Qeyd edək ki, mayın 29-da Rusiyanın Tümen şəhərində kafedə 2 dəstə arasında mübahisə düşüb və mübahisə əlbəyaxa davaya çevrilib. Davada kafenin 28 yaşlı ofisiantı Mixail ağır yaralanıb. Davada iştirak edənlərdən biri George isə 3 bıçaq yarası alıb. Həkimlər xəstəxanaya çatdırılan Mixailin həyatını xilas edə bilməyib. Mixalin 30-a yaxın qohumu xəstəxanaya gələndə o artıq keçinibmiş. Həmin vaxt qohumların yanından xərəkdə Georgini keçiriblər. Bu zaman ölən şəxsin qəzəbli qohumları ona hücum ediblər. Həmin şəxslər Mixailin məhz Georgi tərəfindən öldürüldüyünü zənn edblər və ona ağır xəsarətlər yetiriblər.
Tümen polis idarəsinin əməkdaşı Marina Zaqlazina mətbuata açıqlama verərək bildirib ki, cinayəti törədən şəxslər artıq tapılıb. Onlardan 3-ü tutulub, 5-i isə axtarışa verilib. Xəstəxanada döyülən Georgi isə cinayətin iştirakçılarında olmayıb və o da qurbanlardan biridir.