Boliviyada prezident seçkilərini Morales uddu
13 oktyabr 2014 10:53 (UTC +04:00)

Boliviyada prezident seçkilərini Morales uddu

0

Dünən Boliviyada keçirilmiş prezident seçkilərində hazırkı prezident Evo Morales qələbə qazanıb. Lent.az-ın xəbərinə görə, bu barədə “Röyters” exit-pollun nəticələrinə əsasən xəbər yayıb. İlkin hesablamalar görə, “Sosializmə doğru hərəkat” partiyasını təmsil edən E.Morales 61 faiz səs toplayıb. E.Moralesin ən yaxın rəqibi Samuel Dоriа Medina seçicilərin 24 faiz səsini ala bilib.

 

Prezident seçkilərində beş namizəd iştirak edirdi.

 

E.Morales artıq paytaxt La-Pasda iqamətgahının önündə toplaşan minlərlə tərəfdarları ilə birlikdə qələbəsini qeyd edib.

 

E.Morales Boliviya tarixində ilk dəfə olaraq üçüncü dəfə arıdıcıl dövlət başçısı seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 660

Oxşar yazılar