71 min nəfər Moskvada qar təmizləməyə çıxdı
26 dekabr 2014 14:29 (UTC +04:00)

71 min nəfər Moskvada qar təmizləməyə çıxdı

0
Son iki gün ərzində Rusiya paytaxtına yağan güclü qarın yaratdığı fəsadlar davam edir.

 

APA-nın Moskva müxbiri xəbər verir ki, ağır texnika küçə və prospektlərdə qarı təmizləməkdə çətinlik çəkir.

 

Dekabrın 25-də gün ərzində Moskva və Moskva vilayətinə aylıq normanın dörddə biri qədər yağıntı düşüb. Yağan qarın hündürlüyü 25 santimetrə çatıb. Güclü qar səbəbindən Moskvanın aeroportlarında da problem yaranıb. Vnukovo, Domodedovo və Şeremetyevohava limanlarında 21 aviareys gecikmə ilə həyata keçirilib. Sərnişinlər saatlarla aeroportlarda gözləməli olublar.

 

Moskva küçələrində hazırda 17 mindən çox qartəmizləyici texnika işləyir. Qarın təmizlənməsinə 71 mindən artıq canlı qüvvə cəlb olunub. Hazırda havanın temperaturu mənfi 12 dərəcədir. Axşam temperaturun daha da aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq. 

 

Qeyd edək ki, dekabrın 25-də Moskvanın bütün yollarında böyük tıxac müşahidə olunub. Bəzi yerlərdə insanlar 12 saatdan çox tıxacda qalıblar. "Yandex" axtarış sistemi tıxacın gün ərzində 10 bal olduğunu göstərib. Lakin bu gün səhərə yaxın, saat 04:00-da tıxacın səviyyəsi 6 bala düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar