Fransanın Kalvados departamentində 70 yaşlı kişi üç ailə üzvünü qətlə yetirib, sonra intihar edib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, qatil əvvəl həyat yoldaşını, sonra yaxınlıqda yaşayan qızı və nəvəsini öldürüb.
Hadisə iyunun 19-da baş versə də, ölənlərin cəsədləri bu gün aşkar edilib.
Hadisənin başvermə səbəbi və təfərrüatları araşdırılır.