2013-cü ildə və 2014-cü ilin əvvəlində Ermənistanın 4895 vətəndaşı Rusiyanın da vətəndaşlığını qəbul edib.
Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, mayın 22-də Rusiya Federal Miqrasiya Xidmətinin başçısı Konstantin Romodanovski Ermənistan parlamentindəki çıxışı zamanı bildirib.
“Fikrimcə, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında əhalinin vətəndaşlıq göstəricilərinin mübadiləsi haqda yüksək səviyyədə razılaşma əldə edilməlidir”-deyə, o, vurğulayıb.