Latviyada Riqa-Siqulda magistral avtomobil yolunun 23-cü km-də 5 avtomobilin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 4 minik və 1 yük avtomobili toqquşub.
Məlumata görə, ağır xəsarətlər almış 5 şəxs xəstəxanaya yerləşdirilib, qalanlarına isə hadisə yerində tibbi yardım göstərilib.
Fakt üzrə araşdırma aparılır.