52 “İŞİD” terrorçusu məhv edildi
24 fevral 2015 07:32 (UTC +04:00)

52 “İŞİD” terrorçusu məhv edildi

Iraqda beynəlxaq koalisiyanın hava zərbələri nəticəsində  52 “İŞİD” silahlısı məhv edilib.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, həmçinin terrorçular paytaxt Bağdaddan 200 km şimal-qərbdə yerləşən Əl-Bağdadi şəhərinin bir hissəsinə nəzarəti itiriblər. İraq ordusunun hücumları nəticəsində burada 20-dək “İŞİD” silahlısı öldürülüb.

 

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələrinə məxsus hərbi təyyarələrin Iraq və Suriyada “İŞİD”in mövqelərinə 25 hava zərbəsi endirməsi barədə məlumat yayılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727
avatar

Oxşar yazılar