40 yaşlı azərbaycanlı Odessa şəhərinin prokuroru təyin olunub
12 iyul 2014 17:48 (UTC +04:00)

40 yaşlı azərbaycanlı Odessa şəhərinin prokuroru təyin olunub

0
Ukraynanın baş prokuroru Odessa şəhərinə yeni prokurorun təyin olunması haqqında əmr imzalayıb.

 

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu vəzifəyə Odessanın Primorsk rayon prokurorunun müavini, milliyyətcə azərbaycanlı olan Gündüz Aydın oğlu Məmmədov təyin olunub.

 

Ukrayna Azərbaycanlı Gənclər İttifaqından APA-ya verilən məlumata görə, Gündüz Məmmədov 26 oktyabr 1974-cü ildə Gəncə şəhərində anadan olub. Meçnikov adına Odessa Dövlət Universitetini bitirib. Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hüquq elmləri namizədi, Ukraynanın böyük ədliyyə müşaviridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2350

Oxşar yazılar