3 min çinli Vyetnamdan qovulub
18 may 2014 05:36 (UTC +04:00)

3 min çinli Vyetnamdan qovulub

0

Vyetnamda keçirilən antiçin etiraz aksiyasından sonra ölkədən 3 mindən çox çinli qovulub.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, Çini Xarici İşlər Nazirliyi bildirib ki, onlar Pekinin Vyetnamdakı səfirliyi ilə qarşılıqlı əlaqə nəticəsində ölkəyə qayıdıb.

 

Mənbə xatırladıb ki, bir müddət öncə Vyetnamın Xatin əyalətində etiraz aksiyasının iştirakçıları ilə toqquşmada 21 nəfər həlak olub, yüzdən çox yürüşçünün yaralanması haqda xəbər yayılıb.

 

Qarşıdurma Çinlə Vyetnam arasında Parasel rayonundakı adalarla bağlıdır. Hər iki tərəf adalara iddia edir. Bundan başqa Cənubi Çin dənizində Çin neft hasilatını davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 784

Oxşar yazılar