3 milyon müsəlman "Hacı" oldu
04 oktyabr 2014 14:33 (UTC +04:00)

3 milyon müsəlman "Hacı" oldu

0

Həcc ziyarətində olan 3 milyon müsəlman “Hacı” olub. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, dünən Ərəfat ziyarətini başa vuran müsəlmanların bir qismi maşınla, bir qismi isə piyada Müzdəlifəyə yollanıblar. Zəvvarlar burada dualar edib. Gecə yarısından etibarən isə şeytanı daşlamağa başlayan müsəlmanlar Kəbəyə çataraq yeddi dəfə Kəbənin ətrafına dolanıblar. Sonra isə qaydalara uyğun olaraq təraş olunub, ehramdan çıxıblar. 

 

Bu il Həcc ziyarətinə Azərbaycandan təxminən 3 min 600 zəvvar yola düşüb.

 

“Hacı” adı alan müsəlmanların böyük əksəriyyəti sabah namazını Kəbədə qılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1006

Oxşar yazılar