Egeydə daha bir miqrant faciəsi: <span style="color:red;">çox uşaq, 35 ölü
08 fevral 2016 18:51 (UTC +04:00)

Egeydə daha bir miqrant faciəsi: çox uşaq, 35 ölü

0

Egey dənizində baş verən iki hadisə zamanı ümumilikdə 35 nəfər miqrant həyatını itirib.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, İzmirin Dikili mahalının sahillərində 11, Balıkesirin Ayvalık mahalının sahillərində isə 24 miqrantın cəsədi tapılıb.

Bu dəfə dəfə də qeyri-qanuni yollarla Yunanıstanın Midiya adasına keçmək istəyən miqrantları daşıyan gəmi batıb. Ölən şəxslərin əksəriyyəti suriyalı imiş.

aparılan  axtarış tədbirləri zamanı 4 nəfər xilas edilib, içərisində çoxlu sayda uşaq olan  24 nəfərin isə cəsədi tapılıb.

 

Bölgədəki axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar