Ukraynanın Donetsk vilayətində vurulan Malayziya Hava Yollarının “Boeing” təyyarəsinin qalıqları arasından 251 sərnişinin meyiti və 66 sərnişinin bədəninin hissələri tapılıb. Lent.az-ın lenta.ru saytına istinadən məlumatına görə, tapılan qalıqlar Torez dəmiryolu stansiyasının vaqon soyuducularına yüklənib. Son məlumata əsasən axtarışlar 120 kvadrat kilometr sahədə aparılıb.
Qeyd edək ki, iyulun 17-də Donetsk vilayətində vurulan Malayziyaya məxsus təyyarədə 298 sərnişin olub. Raketlə vurulmuş hava gəmisindən sağ çıxan olmayıb.