2015-ci ildə dünya ilə bağlı şok proqnozlar
11 dekabr 2014 02:40 (UTC +04:00)

2015-ci ildə dünya ilə bağlı şok proqnozlar

0

Lent.az-ın “milli.az”-a istinadən məlumatına görə, neftin qiymətinin düşməsi və inflyasiya ilə yanaşı bir çox şok effekti yaradan proqnozlar verilib.

 

Britaniyanın yaşayış binaları sektoru uçuruma gedir

 

Birləşmiş Krallığın iqtisadiyyatı ümumdünya böhranından nisbətən üzü ağ çıxmışdı. İqtisadi tənəzzülün, hələ də, davam etdiyi bir zamanda Birləşmiş Krallığın iqtisadiyyatı dözümlülük nümayiş etdirir. Ancaq Britaniyada daşınmaz əmlak sahiblərinin sevinci çox çəkməyəcək. 2015-ci ildə krallıqda daşınmaz əmlakın qiymətinin 25% aşağı düşəcəyi proqnozlaşdırılır.

 

Yaponiyada inflyasiya

 

Gələn il Yaponiyada inflyasiyanın səviyyəsi minimum 5% olacaq. Yaponiya bankının fəaliyyəti aktivlərin qiymətini qaldıracaq. Bu da ölkədə bütün qiymətlərin qalxması ilə nəticələnəcək. Yaponiya ieninin dəyərinin digər valyutalarla müqayisədə aşağı düşməsi inflyasiya riskini daha da artıracaq.

 

Rusiyanı defolt gözləyir

 

Rusiyanın iqtisadiyyatı hətta sanksiyaların tətbiqindən əvvəl də çökürdü. Neftin qiymətinin aşağı düşməsi, Ukrayna ilə münaqişə və sanksiyalar vəziyyəti daha da pisləşdirib. Artıq vəziyyət kritik hal alıb. Rublun dəyərinin 40% aşağı düşməsi buna bariz nümunədir. Rusya iqtisadiyyatını qasırğa gözləyir. Bu qasırğadan sonra ya dövlət şirkətləri, ya da hökumətin özü defoltu elan edəcək. 2015-ci ilin sonuna qədər Rusiyanın şirkətləri 134 milyard dollar xarici borc qaytarmalıdırlar. Hazırda Rusiyanın valyuta ehtiyatları 400 milyard dollardır. Həmin vəsait bir qədər zaman qazanmağa imkan yaradacaq, ancaq işıqlı səhər görünmür.

 

İnternet kommersiyasının sonu

 

Son illər dəfələrlə hakerlərin nəhəng korporasiyalara hücumunun şahidi olmuşuq. Buna Apple sistemində məlumatların, məşhurların fotolarının oğurlanması da daxildir. 2015-ci ildə böyük oyunçulara qarşı hücumlar daha da güclənəcək.

 

Vulkan püskürəcək

 

2015-ci ildə İslandiyadakı Bardarbunqa vulkanının oyanacağı gözlənilir. Bu da Avropa səmasına çoxlu sayda zəhərli kütlələrin atılmasına səbəb olacaq. Vulkanın püskürməsi hava şəraitini də dəyişəcək. Nəticədə dünyada dənli bitkilərin istehsalı azalacaq ki, nəticə olaraq həmin məhsullara tələbat təmin olunmayacaq və qiymətlər artacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar