1200 illik vikinq üzüyündə "Allah" yazısı
16 mart 2015 23:40 (UTC +04:00)

1200 illik vikinq üzüyündə "Allah" yazısı

İsveçdə aparılan arxeoloji qazıntılar zamanı IX əsrə aid qadın məzarından tapılmış üzük Skandinaviya və İslam dünyası arasında yaxın əlaqələrin olduğunu sübut edir.

 

Lent.az-ın “trend”-ə istinadən verilən məlumata görə, 1800-cü illərin sonlarında “Birka” adı ilə tanınan vikinq ticarət mərkəzində aparılmış qazıntılar zamanı gümüş üzük tapılmışdı. Üzərində ərəb hərfləri ilə “Allah üçün” və ya “Allaha” yazılan üzüyün ticarət malı olaraq satıldığı və bölgəyə bu yolla gətirildiyi zənn edilir.

 

Skandinaviya və Yaxın Şərq regionu arasında ən erkən ticarət əlaqələri 3400 il əvvələ gedib çıxır. Əsasən Misir və Mesopotamiyadan gətirilən ekzotik məhsullarla ticarət edildiyi güman edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar