ABŞ-ın İraqa hərbi əməliyyatından 10 il ötüb. Lent.az-ıni Türkiyə KİV-ə istinadən məlumatına görə, bu savaş ABŞ iqtisadiyyatında dərini iz buraxıb və bu davam etməkdədir.
Mənbə Amerikanın bu savaşa 10,4 trilyon dollar xərclədiyini bildirib.
Xərclər aşağıdakı kimdir.
7 trilyon dollar faiz ödəmələrinə. Əfqanıstan və İraqa başlayan hərbi əməliyyatlar büdcəyə təsir edib. Beynəlxalq borclar və faizlərin artmasına səbəb olub. Bu savaşların maliyyə borcu 2053-cü ildə 7 trilyona çatacaq.
Pentaqonun büdcəsi 1,4 trilyon dollar olub. 2013-cü ildə Əfqanıstan, İraq və Pakistan üçün Pentaqonun büdcəsi 1,4 trilyon dollar olub.
Savaşlar başa çatandan sonra yaralılara və veteranlar üçün bir trilyon dollar xərclənəcək.
ABŞ ötən 12 ildə Əfqanıstan, İraq və Pakistanda bir neçə beynəlxalq yardım fondları təsis edib. İndiyə kimi bu məqsədlə 104 milyard dollar xərclənib.
Sentyabrın 11-dən sonra Daxili Milli Təhlükəsizlik Nazirliyi qurulub. 2001-2011-ci illərdə təhlükəsizlik nazirliyinin saxlamaq üçün 649 milyard dollar xərclənib.
ABŞ prezidenti Barak Obama 2014-cü ilin sonunadək Amerika əsgərlərinin Əfqanıstandan çıxacağını bəyan etsə də, bu ölkənin təhlükəsizliyini qorumaq məqsədi orada saxlanılacaq orduya 160 milyard dollar xərclənəcək.
Savaşdan sonra İraqda dağılan yerləri yenidən tikmək, yol, su və başqa sosial sahələrin bərpasına ABŞ 60 milyard dollar xərcləyib.
ABŞ savaşların veteranlarına 40 milyard dollar ödəyib. Birinci Dünya savaşından sonra bu məqsədlə 20 milyard, ikincidən sonra isə 5 milyard dollar xərcləyib.
ABŞ daxili təhlükəsizliyi qorumaq məqsədi ilə qarşıdan gələn 4-5 ildə 1,6 milyard dollarlıq sursat lazım olduğu bildirilib. Təkcə 2014-cü ildə nüvə silahlarına hər saatda 2,2 milyon dollar ödəniləcəyi təxmin edilib.
Savaşın hər yöndən maliyyə xərcdir. ABŞ bir əsgərin geyimindən tutmuş yeməyinədək ildə İraqda isə 685, Əfqanıstanda 1,2 milyon dollar min dollar xərclədiyi təxmin edilib.