İngiltərədə yaşayan Hilda Cakson adlı qadın 101 yaşını qəribə şəkildə qeyd edib.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, keçmiş tibb bacısı, 11 nəvə sahibi Cakson İngiltrənin Qaller bölgəsinin Usk qəsəbəsindəki tank məktəbində FV432 tipli tankı bir neçə metr də olsa sürərək xəyalını gerçəkləşdirib.
Bir gözü görməyən Caksonun 72 yaşlı qızı Marqaret Austinin sözlərinə görə, tankın ön hissəsindəki sürücü kreslosunda əyləşərək motoru işə salıb, bir neçə metr irəliləyə bilib. Yaşlı qadın ilk anda qorxacağını düşünsə də hər şey gözlədiyindən də yaxşı olub. Beləliklə, o, 101 yaşını tank sürə-sürə qarşılamaq arzusunu həyata keçirməyi bacarıb.