02 avqust 2021 05:18 (UTC +04:00)

Türkiyədə yanğın sahəsi genişlənir - Alovlar istilik elektrik stansiyasına keçə bilər

Türkiyənin Milas rayonunun Beyciler bölgəsində başlayan meşə yanğını küləyin təsiri ilə Bodruma çatıb.

APA “Haber Global”a istinadən xəbər verir ki, Yuxarı və Aşağı Mazı məhəllələrini bürüyən yanğın axşam saatlarında Çökertme məhəlləsinə çatıb.

Yolda hər şeyi külə çevirən alovlar məhəlləyə yaxınlaşdığından sakinlər evlərini tərk etməli olublar. Quru yolu ilə nəqliyyatın hərəkəti kəsildiyindən sakinlər dəniz yolu ilə təhlükəsiz bölgələrə çatdırılıb. Yanğınsöndürənlərin məhəllədə yanğına qarşı mübarizəsi davam edir.

Çökertme məhəlləsini bürüyən alovların bölgəyə yaxın olan Kemerköy İstilik Elektrik Stansiyasına (İES) çatacağı təhlükəsi yaranıb. Hazırda külək İES-in əksi istiqamətində əsdiyindən bu, yanğınsöndürənlərin işini qismən asanlaşdırıb. Ancaq təhlükə hələ də qalmaqdadır.

Yanğından mühafizə qrupları yanğını söndürmək üçün işlərini davam etdirirlər. Yanğına müdaxilənin səhər saatlarına qədər davam edəcəyi bildirilir.

# 3180
avatar

Oxşar yazılar