Türkiyədə bələdiyyə sədri 55 nəfərlə birgə SAXLANILDI –  SƏBƏB
31 mart 2026 10:42 (UTC +04:00)

Türkiyədə bələdiyyə sədri 55 nəfərlə birgə SAXLANILDI – SƏBƏB

0

Türkiyənin Bursa şəhərinin Böyükşəhər Bələdiyyə sədri Mustafa Bozbey saxlanılıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki,məlumata görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib və Bozbey nəzarətə götürülüb. Hadisənin detalları ilə bağlı rəsmi açıqlamalar davam edir. Onunla birlikdə 55 nəfər də saxlanılıb. Məlumata əsasən, saxlanılanlar arasında Mustafa Bozbeyin həyat yoldaşı, qızı, qardaşları və bir sıra iş adamları da var. 

Hadisənin səbəbi və saxlanılmanın konkret hansı ittiham çərçivəsində həyata keçirildiyi barədə hələlik geniş məlumat verilməyib. Məlumata görə, Bələdiyyə sədri rüşvət almaqda ittiham edilir.

Qeyd edək ki, Mustafa Bozbey Türkiyədə müxalifətdə olan Cumhuriyyət Xalq Partiyasının (CHP) üzvüdür və 2024-cü il yerli seçkilərində Bursa Böyükşəhər Bələdiyyə başçısı seçilmişdi.

Hadisə ölkə gündəmində geniş rezonans doğurub və məsələ ilə bağlı araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar