Tətil üçün səkkiz İtaliya adası
28 mart 2026 10:40 (UTC +04:00)

Tətil üçün səkkiz İtaliya adası

0

İtaliya uzun illərdir dünyanın ən məşhur turizm istiqamətlərindən biri hesab olunur. Lakin ölkənin bu qədər müxtəlif olması bəzən səyahət üçün ideal məkanı seçməyi çətinləşdirir. Nəticədə turistlərin əksəriyyəti Roma və ya Venesiya kimi məşhur şəhərlərə üz tutur və ölkənin digər maraqlı yerləri diqqətdən kənarda qalır.

Lent.az xəbər v erir ki, dünyanın ən böyük səyahət nəşrlərindən biri olan Lonely Planet 2026-cı ildə ziyarət üçün İtaliyanın ən yaxşı səkkiz adasının siyahısını təqdim edib.

Nəşrin müəllifləri qeyd edirlər ki, İtaliyada hər zövqə, məqsədə və büdcəyə uyğun 400-dən çox ada var. Kaprinin dəbdəbəli atmosferindən tutmuş Strombolinin vulkanik mənzərələrinə, Elbanın təbiət gözəlliklərindən Levanzonun sakitliyinə qədər bu adalar turistlərə möhtəşəm mənzərələr, gözəl çimərliklər, qədim kəndlər, dağ yürüşləri, zəngin mətbəx və tarixi irs təqdim edir. Bir neçə kvadrat kilometr ərazidə belə, İtaliyanın mədəni və təbii müxtəlifliyini hiss etmək mümkündür.

Mütəxəssislər xüsusilə ölkənin cənub hissəsində yerləşən adalara diqqət yetiriblər.

2026-cı ilin yayında ziyarət üçün İtaliyanın ən yaxşı 8 adası:

Kapri – dəbdəbə və qlamur sevənlər üçün.

Siciliya – özünüzü film səhnəsində hiss etmək üçün.

San-Domino – snorkelinq və dalğıclıq üçün ideal məkan.

Iskya – çimərlik istirahəti üçün məşhur ada.

Elba – piyada və velosiped gəzintiləri üçün uyğun təbiət marşrutları ilə seçilir.

Ponti adaları – Romadan qısa günlük səyahət üçün əlverişlidir.

Stromboli – aktiv vulkanı müşahidə etmək istəyənlər üçün maraqlı istiqamət.

Levanzo – sakitlik və tənhalıq axtaranlar üçün ideal seçimdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar