Tesla fabriklərində minlərlə insanabənzər robot  peyda olacaq
14 iyun 2024 08:02 (UTC +04:00)

Tesla fabriklərində minlərlə insanabənzər robot peyda olacaq

Teslanın rəhbəri İlon Mask insanabənzər robotların oflayn rejimdə çalışma səviyyəsinin tezliklə əhəmiyyətli dərəcədə arta biləcəyi fikrindədir.

APA xəbər verir ki, Mask qısa bir zamanda bir neçə min insanabənzər Optimus robotunun Tesla elektrik avtomobillərinin istehsal olunduğu fabriklərdə işləyəcəyinə əmindir.

Teslanın rəhbəri İlon Mask bunu Ostində (Texas) keçirilən səhmdarların illik yığıncağında deyib.

“Mənim proqnozlarıma görə, gələn il Tesla-da min, bəlkə də bir neçə mindən də çox Optimus robotu işləyəcək” – deyən Musk hesab edir ki, insanabənzər robotların avtonomiya səviyyəsi tezliklə əhəmiyyətli dərəcədə artacaq.

Musk robot düzəltmək ideyasını 2021-ci ilin avqustunda açıqlamışdı. O zaman təqdim edilən layihəyə görə, Optimus insan boyu boyda olacaq, 20 kq-a yaxın çəki qaldıra biləcək və insana gündəlik işlərində köməklik göstərəcəkdi.

2022-ci ilin oktyabrında Teslanın rəhbəri insanabənzər robot Optimusun prototipini təqdim etdi. Daha sonra robot səhnəyə çıxaraq zalda olanlara əl yellədi, Mask Optimusun çiçəkləri suladığı videonu da nümayiş etdirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

Oxşar yazılar