Sağalmaz xəstəliyi olan qız qanuni yolla  intihar edəcək
21 noyabr 2025 13:34 (UTC +04:00)

Sağalmaz xəstəliyi olan qız qanuni yolla intihar edəcək

0

Avstraliyada sağalmaz xəstəliyə tutulan gənc qız evtanaziya yolu ilə öldürüləcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, 25 yaşlı Annaliz Holland ömürboyu çəkdiyi dözülməz xroniki ağrılar və çoxsaylı ağır fəsadlar səbəbilə könüllü ölümü seçib. O, uşaqlığından bəri xəstəxanalarda olub, son 10 ili isə tam parenteral qidalanma ilə yaşayıb. Annalizə 18 yaşında nadir autoimmun autonom qanglionopatiya diaqnozu qoyulub və xəstəliyin müalicə olunmadığı bildirilib.

O, 25 dəfə sepsis keçirib, çoxsaylı sümük sınıqları və nekroz səbəbindən ciddi orqan zədələnmələri yaşayıb. Artıq ağrılara dözə bilmədiyini deyərək ailəsinə “öz şərtləri ilə ölmək” istədiyini bildirib. Psixoloji qiymətləndirmədən sonra ona evtanaziya üçün rəsmi icazə verilib.

Annaliz bu qərarı “yüngüllük və təhlükəsizlik hissi” adlandırıb və bunun təslim olmaq deyil, çəkdiyi böyük əzabların sonunda cəsarətli bir addım olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar