Pakistanın Ketta şəhərində 5,7 bal gücündə zəlzələ olub.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində 20 nəfər həlak olub, 200-dən adam yaralanıb.
Evlərin damlarının və divarların çökməsi nəticəsində çoxlu sayda insanın öldüyü bildirilir. Ölənlər arasında bir qadın və 6 uşaq da var.
Həlak olanların sayının daha da artacağı gözlənilir.