Cek Angeli
26 yanvar 2021 16:41 (UTC +04:00)

Cek Angeli

Onlar kimləri və niyə "buynuzlayırlar"?

Yanvarın əvvəllərində dünya KİV-nin gündəmində Donald Tramp tərəfdarlarının ABŞ-da geniş kütləli çıxışları və qarşıdurmaları əsas prioritet mövzu hesab edilirdi. Həmin vaxt Konqres binasına belə soxulan aksiya iştirakçıları böyük iğtişaşlar törətmişdilər. O zaman KİV-in diqqəti bir adama  yönəlmişdi: Tramp tərəfdarlarından biri buynuzlu əlbisədə idi.

 

Bir gün sonra isə “buynuzlu adam”ın kimliyi də açıqlandı. Onun 32 yaşlı Cek Angeli olduğu müəyyənləşdirildi.

 

Bəs Angeli niyə bu görkəmdə aksiyalara qatılmışdı? Onun Trampı belə ciddi-cəhdlə müdafiə etməsinin səbəbi nə idi?

 

Jurnalistlərin ilkin araşdırmaları zamanı məlum olmuşdu ki, “buynuzlu adam” QAnon konspiriloji hərəkatının nümyəndələrindəndir. Bu hərəkatın tərəfdarları inanırlar ki, dünya pedofil satanistlər tərfindən idarə olunur. Guya onlar zaman-zaman körpə uşaqları oğurlayır, onarın qanından cavanlıq iksiri hazırlayırlar. Onların fikrincə, məhz ABŞ prezidenti Donald Tramp azyaşlıları cinsi istismara məruz qoyan nəhəng beynəlxalq şəbəkəni ifşa etməyə hazırlaşır. Həmin şəbəkəyə isə ABŞ Demokratlar Partiyasının liderləri, İblisə sitayiş edən adamlar və ABŞ şou-biznesinin bir çox ulduzları rəhbərlik edirlər.

 

QAnon hərəkatının tərəfdarları, ciddi şəkildə inanırlar ki, Tramp Demokratlar Partiyasının rəhbərləri tərəfindən idarə olunan qlobal pedofiliya şəbəkəsinə son qoymağı hədəfləyib və bu istiqamətdə ona dəstək vermək lazımdır. Hərəkat üzvləri hesab edirlər ki, Trampın dövlət, iş dünyası və mediada Şeytana ibadət edən elit pedofillərə qarşı gizli müharibə aparır. Məhz buna görə də QAnon-çular Trampı müdafiə edərək tez-tez sosial mediada trol fəaliyyətləri ilə məşğul olurlar. Onlar mütəşəkkil şəkildə siyasətçilərə, jurnalistlərə, və ya fərqli peşə qruplarından olan məşhur şəxslərin üzərinə gedirlər. Mesajlarında bu şəxslərin pedofil olduqlarını iddia edirlər və onlara “dövlətin və millətin düşmənləri” damğası vururlar.

Onların fəaliyyəti bununla məhdudlaşmır. 2018-ci ildə Matvey Vayt adlı QAnon pərəstişkarı, ağır silahlarla Arizona-Nevada sərhədindəki Hoover Barajı üzərindəki körpü yolunu bağlayıb partlatmaq istəyir. Məqsədinə çata bilməyən və yaxalanan Vayt “terrorçuluq” ittihamı ilə mühakimə olunub həbsxanaya göndərilir.

Yeri gəlmişkən, deyəsən QAnon-çular Rusiyada da peyda olublar. Çünki bir neçə gün əvvəl Navalnı tərəfdarlarının keçirdiyi mitinqdə də “buynuzlu adam” görünmüşdü.

Konqres olaylarından sonra Tvitter sosial media platforması ABŞ-da qatı sağçı konspirasiya nəzəriyyəçiləri hərəkatı olan QAnon ilə əlaqəli 70 mindən çox hesabı dayandırıb.  Tvitter tərəfindən verilən açıqlamada dayandırılmış hesabların “zərərli məzmun” paylaşdıqları ifadə edilib. Ümumiyyətlə, hərakat üzvlərinin sosial şəbəkələrdə bağlanan akkauntlarının sayı yüz minlərlədir.

Hə, bəs niyə məhz “buynuz”? Məsələ ondadır ki, buynuz kişilik, güc qüdrət simvolu kimi xarakterizə edilir. Hərəkat üzvləri buynuzu həm də satanist pedofillərə qarşı mübarizənin simvolu hesab edirlər.

Onu da qeyd edək ki, QAnon 2017-ci ildə yaranıb. Hazırda onun sıralarında 800 mindən çox fəal birləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

Oxşar yazılar