Nadir Asiya aslanları 7 yaşlı uşağı parçaladı
20 fevral 2025 13:29 (UTC +04:00)

Nadir Asiya aslanları 7 yaşlı uşağı parçaladı

Hindistanda iki nadir Asiya aslanı milli parkın yaxınlığında bir oğlan uşağını parçalayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, yırtıcı hücumun qurbanı Qucarat ştatının Amreli rayonundan olan yeddi yaşlı Rahul Baraya olub. Məşhur Gir Meşəsi Milli Parkının yaxınlığındakı kənddə yaşayan uşaq su götürmək üçün çaya gedib və gözdən itib.

Baraya geri qayıtmayınca axtarışlara başlanılıb. Tezliklə çayın yaxınlığında onun qalıqları tapılıb. Məlum olub ki, onlar oğlana məxsusdurlar. Yerli Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları hadisənin baş verdiyi yerin yaxınlığında iki aslanı tez bir zamanda taparaq ələ keçiriblər. Meşə işçiləri düşünürlər ki, uşağı bu aslanlar yeyib. Aslanlar əlavə araşdırma üçün xüsusi heyvan saxlama mərkəzinə aparılıb.

Gir Meşə Milli Parkı

Park 1965-ci ildə yaradılıb. Asiya aslanlarının son yaşayış yeridir. Hazırda zooparklardan kənarda 500-dən çox aslanın yaşadığı deyilir.

Asiya şiri haqqında məlumat

Nəsli kəsilmə həddindədir. Ölçüləri iridir. Erkəklərin bədən quruluşu massivdir, dişilər daha incədir. Növün nümayəndəsi üçün 204 sm uzunluğu səciyəvidir. Quyruğun uzunluğu 90 sm-dir. Asiya aslanı Afrika aslanından kiçikdir. Erkəklər dişilərdən iridir. Başı uzunsovdur, iridir. Əzaları nisbətən alçaqdır. Tük örtüyü alçaqdır, bədəninə bitişikdir. Quyruğunun ucunda uzun fırça var. Erkəklərin boynunda, çiyinlərində və sinəsində az sezilən yal var. Tük örtüyünün rəngi qonurtraq-sarıdır.

Asiya aslanlarının qidalanması

Əsasən iri dırnaqlılarla, qaban, eləcə də nilqay, zambar və aksislərlə qidalanırlar. Nadir hallarda ev heyvanlarına hücum edirlər.

Asiya aslanlarının çoxalması

Çoxalmasında tam müəyyənlik yoxdur. Poliqamiya səciyəvidir. Boğaz olma vaxtı - 100-119 gündür. Dişi iki ildən bir balalayır. Adətən 1-6, nadir hallarda 7 bala gətirir.

Asiya aslanlarının sayı

Asiya şirlərinin sayı 1955-ci ildəki 290-dan, 1968-ci ildə 177 endi və 1977-ci ildə 180 çatdı. Sayının azalması ovla və əsasən məskunlaşma mühitinin insan tərəfindən pozulması ilə bağlıdır.

Qorunması

Qir milli parkında qorunması çox çətin başa gəlirdi, çünki bu yasaqlıqda 20 min malqarası olan 7 min kəndli yaşayırdı. Yağış mövsümü vaxtı isə yasaqlığın hüdudlarında otlayan mal-qaranın sayı 20 min də artırdı. 1971-ci ildən qorunması xeyli yaxşılaşdı. Mal-qaranı artıq yasaqlıq ərazisinə buraxmırlar və ətrafına bir metr hündürlükdə hasar çəkilib. Yerli əhalinin bir hissəsi yasaqlıqdan köçürülüb.

1957-ci ildə üç asiya şiri Uttar-Pradeş ştatındakı Çandraprabxa rezervatına köçürülüb.

Qanunla qorunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2280

Oxşar yazılar

Silahlılar kəndə basqın edib 300-dən çox adamı  öldürdülər

Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər

15 iyul 2025 , 12:36
115 yaşlı  marafonçu faciəli şəkildə öldü

115 yaşlı marafonçu faciəli şəkildə öldü

15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl  hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord

"Bitcoin"in məzənnəsində yeni rekord

14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili  təqdim olundu

Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu

14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA:  ölənlər var

ABŞ-da kilsədə ATIŞMA: ölənlər var

14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər  xlordan zəhərləndi

Rusiyada 31 nəfər xlordan zəhərləndi

13 iyul 2025 , 22:47
Londonda təyyarə  qəzaya uğradı

Londonda təyyarə qəzaya uğradı

13 iyul 2025 , 22:16