“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov
06 iyul 2021 13:59 (UTC +04:00)

“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov

Mübariz Mənsimov sabiq naziri məhkəməyə verdi 

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov Türkiyənin keçmiş Daxili İşlər naziri Mehmet Ağarı məhkəməyə verib.  

Lent.az yerli KİV-ə istinadən xəbər ki, bir müddət əvvəl mətbuata açıqlama verən Mehmet Ağar M.Mənsimovun bir necə dəfə Fətullah Gülənlə görüşdüyünü bildirib. M.Mənsimov bu açıqlamasına görə sabiq naziri məhkəməyə verib.   

Qeyd edək ki, M. Mənsimov ötən ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub. Bir il sonra M.Mənsimov ev dustaqlığına buraxılıb. Bir neçə gün əvvəl isə M.Mənsimovun İstanbulu tərk etməmək şərti ilə ev dustaqlığı ləğv edilib.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12828
avatar

Nigar Adil

Oxşar yazılar