Fransa prezident Emmanuel Makron telefonlarının dinlənilməsindən narahatdır.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, prezident İsrailin kiber-izləmə qurğularını istehsal edən NSO Group şirkətinin casus proqramı tərəfindən dinlənilmə ehtimalı ilə telefonunu və telefon xəttini dəyişib.
Ölkədə nəşr olunan “Le Monde” qəzeti Fransa prezidentinin telefonunun “Pegasus” proqramı ilə dinlənildiyi iddialarının sübut olunmadığını, Makronun ehtiyat məqsədi ilə mobil telefon və xəttini dəyişdirdiyini yazır.
Fransa prezident Emmanuel Makron
Ümumilikdə isə Emmanuel Makrona aid 4 telefonun, 2 “iPhone”, 1 “Samsung” və 1 “Teorem” olduğunu, bunlardan hansının dəyişdirdiyi açıqlanmayıb. Prezidentin telefonlarının dinlənilməsi, təhlükəsizliyi ilə bağlı araşdırmalar hələ də davam etdirilir.