Jurnalistin ölümünə görə baş nazirin keçmiş müavini HƏBS EDİLDİ
01 iyul 2022 19:15 (UTC +04:00)

Jurnalistin ölümünə görə baş nazirin keçmiş müavini HƏBS EDİLDİ

Dağıstanın Cənub Dairə Hərbi Məhkəməsi “Çernovik” qəzetinin təsisçisi Hacımurad Kamalovun qətlində 4 nəfəri təqsirli bilib.

Lent.az-ın yerli mediaya istinadla xəbərinə görə, təqsirləndirilənlər arasında Dağıstanın baş nazirinin keçmiş müavini Şamil İsayev də var. O, 16 il azadlıqdan məhrum edilib.

Bundan başqa, məhkəmənin qərarı ilə Maqomed Abigasanov 16, Murad Şuaibov 23 və Maqomed Xazamov 24 il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Hacımurad Kamalov 2011-ci ilin dekabrında öldürülüb. İttihama görə, jurnalistin qətlinin sifarişini Dağıstanın baş nazirinin keçmiş müavini Şamil İsayev verib. Onun sifarişi əsasında Soqratl sakini Maqomed Abiqasanov həmkəndliləri Maqomed Xazamov və Murad Şuaibovu öldürüblər. Onların hər ikisi jurnalistə atəş açaraq həyatına son qoyublar.

# 1734
avatar

Oxşar yazılar

Şoyqu həbs edilən  müavinini vəzifəsindən uzaqlaşdırdı

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırdı

25 aprel 2024 , 00:48
ABŞ-da "TikTok" qadağan edildi

ABŞ-da "TikTok" qadağan edildi

24 aprel 2024 , 21:54
Navalnıya görə işdən çıxarıldı

Navalnıya görə işdən çıxarıldı

24 aprel 2024 , 11:47
Panamada güclü zəlzələ  baş verdi

Panamada güclü zəlzələ baş verdi

24 aprel 2024 , 08:27
Argentina iranlı nazirin  həbs edilməsini tələb etdi

Argentina iranlı nazirin həbs edilməsini tələb etdi

24 aprel 2024 , 07:47
Hindistan ballistik raketi  sınaqdan keçirdi

Hindistan ballistik raketi sınaqdan keçirdi

24 aprel 2024 , 06:52
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi

24 aprel 2024 , 05:43
Rüşvət almaqda  şübhəli bilinən nazir müavini SAXLANILDI

Rüşvət almaqda şübhəli bilinən nazir müavini SAXLANILDI

23 aprel 2024 , 22:34