İran və ABŞ rəsmiləri aprelin 12-də Omanda danışıqlar apara bilər.
Lent.az xəbər verir ki, bu barədə “The New York Times”ın (NYT) müxbiri Farnaz Fassihi İranın üç yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
"Üç İran rəsmisi mənə İran və ABŞ-ın bilavasitə danışıqlar üçün şənbə günü Omanda görüşməyi planlaşdırdığını dedi. İran Vaşinqtona bildirib ki, əgər birinci raund uğurlu olarsa, açıq-aydın mövqe dəyişikliyi olarsa, açıq və birbaşa danışıqlara hazırdır", - o “X” hesabında yazıb.