Günlərlə davam edəcək maqnit qasırğası  BAŞLADI
18 aprel 2026 13:53 (UTC +04:00)

Günlərlə davam edəcək maqnit qasırğası BAŞLADI

0

Yer kürəsində şənbə günü səhər saatlarında Günəşdəki koronal dəlikdən gələn sürətli günəş küləyi axını nəticəsində zəif maqnit qasırğası başlayıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat verib.

Bildirilib ki, hazırkı pozuntu səviyyəsi G1-dir və bu, beşballıq şkala üzrə ən aşağı göstəricidir. Astrofiziklərin sözlərinə görə, maqnit qasırğası 5–7 gün davam edəcək, həftəsonu isə pozuntuların səviyyəsi orta dərəcəyə – G2-yə çata bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar